Xəbər lenti

Məşhur hakim karyerasını bitirdi
İdman14:56 09.03.2022

Məşhur hakim karyerasını bitirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin məşhur hakimlərindən olan Mete Kalkavan karyerasını bitirib. 
Qaynarinfo "NTV Spor"a istinadən xəbər verir ki, 43 yaşlı Mete Kalkavan 13 nəfərlik siyahıda olmasa da, mövsümün qalan hissəsində hakimlik etməyəcək.  O, qərarını Mərkəzi Hakimlər Şurasına çatdırıb.
Türkiyə Futbol Federasiyası Mərkəzi Hakimlər Şurası (MHK) Super Liqada hakim heyətini yenidən müəyyənləşdirərkən 13 nəfərin adını siyahıdan çıxarıb.
Şərhə görə, Super Liqada fit çalan; Cüneyt Çakır, Ali Palabıyık, Aldulkadir Bitigen, Fırat Aydınus, Bahattin Şimşək, Burak Şeker, Suat Arslanboğa, Hüseyin Göçek, Mert Güzenge, Tugay Kaan Numanoğlu, Alper Ulusoy, Halis Özkahya siyahıdan çıxarılacağı halda, yalnız Özgür Yanka VAR hakimi kimi vəzifəsini icra edəcək.
Səbuhi Həsənov