İngiltərə Premyer Liqasında çıxış edən "Brayton"un təcrübəli futbolçusu Ceyms Milner yeni rekorda imza atıb.
Qaynarinfo-nun məlumatına görə, 37 yaşlı futbolçu meydana çıxdığı oyun sayında Rayan Giqqzə çatıb. O, bunu komandasının "Vest Hem"lə matçında həyata keçirib.
İlk "11-lik"də meydana çıxan Milner Premyer Liqada 632-ci oyununu keçirib. 2002-ci ildən İngiltərə Premyer Liqasında oynayan Milner Giqqzin rekordunu təkrarlamaqla ikinci pilləyə yüksəlib. Hazırda İngiltərə Premyer Liqasında ən çox oyun keçirən futbolçu Qaret Berridir. 2020-ci ildə karyerasını bitirmiş futbolçu ümumilikdə 653 matça çıxıb.
Siyahıda ilk "beşlik"də yer alan adlar belədir:
Qaret Barri (653)
Ceyms Milner (632)
Rayan Giqqz (632)
Frenk Lempard (609)
Devid Ceyms (572)
Səbuhi Həsənov