Bir müddət Türkiyə klubları ilə də adı hallanan məşhur ingilis futbolçu Cesse Linqqardın yeni klubu müəyyənləşib.
Qaynarinfo-nun məlumatına görə,
31 yaşlı futbolçu "Nottingem Forest"dən Cənubi Koreya təmsilçisi "Seul"a transfer olunub. Yeni klubu da futbolçunun keçidini açıqlayıb. O, karyerası ərzində ilk dəfə İngiltərədən kənarda çıxış edəcək.
"Mançester Yunayted" yetişən və məşhurlaşan Linqard 2015-ci ildən sonra "Derbi Kaunti", "Vest Hem" və "Nottingem Forest"də çıxış edib.
Səbuhi Həsənov