Xəbər lenti

Məşhur iş adamının Azərbaycandan çıxışına qadağa qoyulur
Ekonomiks15:00 03.11.2022

Məşhur iş adamının Azərbaycandan çıxışına qadağa qoyulur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Caspian Ship Building Company” (CSBC) şirkətinin baş direktoru Fuad Fətəliyevin ölkədən çıxışı qadağan olunur.
Qaynarinfo-nun məlumatına görə, bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə müraciət edib. 
Vergi ödəyicisi olan Fətəliyev Fuad Mətləb oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işə Bakı Kommersiya Məhkəməsində baxılacaq. İş hakim Emin Əliyevin icraatındadır.
Xatırladaq ki, Fuad Fətəliyevin rəhbəri olduğu şirkət Azərbaycan "Milli boat” yüksək sürətli katerlərin istehsalı ilə məşğuldur. Katerlər Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində istehsal edilir.
Əhməd