İtaliyanın "Kyevo" klubu fəaliyyətini dayandırıb.
Qaynarinfo "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Verona təmsilçisi D Seriyasında iştirak üçün ərizə təqdim edə bilməyib. Sənəd qəbulu avqustun 24-də başa çatmalı olsa da, "Kyevo" buna nail ola bilməyib.
Qeyd edək ki, Verona təmsilçisi 2020/21 mövsümün yekununda maliyyə pozuntuları ilə əlaqədar B Seriyasından kənarlaşdırılıb. Klub bu mövsüm D Seriyasında çıxış etmək istəsə də, maliyyə təminatı olmadığı üçün müvafiq sənədləri təqdim edə bilməyib.
1929-cu ildə təsis olunmuş "Kyevo" 2001-ci ildə ilk dəfə İtaliya A Seriyasına yüksəlib. Debüt mövsümündə 5-ci yeri tutmuş "sarı-göylər" bundan 4 mövsüm sonra tarixinin ən yüksək nəticəsi olan 4-cü yeri tutaraq, 2006/07 mövsümündə Çempionlar Liqasında debüt edib.