2017-ci ildə peşəkar karyerasını başa vuran keçmiş boksçu Floyd Meyvezer internet ulduzu Deji Olatunci ilə qarşılaşacaq.
Qaynarinfo xəbər verir ki, Peşəkar boks karyerasında keçirdiyi 50 görüşün hamısında qalib gələn 45 yaşlı Meyvezerin özündən 20 yaş kiçik Olatunji ilə görüşü şou xarakter daşıyacaq. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərindəki qarşılaşma noyabrın 13-də "Coca-Cola Arena"da keçiriləcək.
Meyvezer 2017-ci ildə irlandiyalı MMA döyüşçüsü Konor Makqreqora qalib gələndən sonra peşəkar karyerasını başa vurmuşdu. 2018-ci ilin dekabrında 4 şou xarakterli matç keçirən keçmiş idmançı bunların ikisində texniki nokautla qalib gəlmişdi.
Karyerasının yeganə peşəkar boks döyüşündə özü kimi internet məşhuru Fuseyi texniki nokautla məğlub edən Olatunji isə ilk şou xarakterli görüşünü keçirəcək. Olatunjinin yutub kanalında 11 milyona yaxın izləyicisi var.
Səbuhi Həsənov