İdman 09:48 02.11.2023

Məşhur klub Fələstin tərəfdarlarının abunəliyini dayandırdı

Şotlandiyanın "Seltik" futbol klubu İsraillə silahlı münaqişədə Fələstinə dəstək verən "Yaşıl Briqada" azarkeş hərəkatının 200 nümayəndəsinin abunəliyini bloklayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.

Qeyd olunur ki, "Yaşıl Briqada" üzvləri öz stadionlarında üzərində "Fələstinə azadlıq" və "Müqavimət üçün qələbə" yazıları olan pankartlar nümayiş etdiriblər. Bundan əlavə, Çempionlar Liqasının "Atletiko" (Madrid) ilə oyununda azarkeş hərəkatının nümayəndələri Fələstin bayraqları gətiribıər.

Fələstin tərəfdarı hərəkat "St Mirren" ilə görüşdə iştirak etməyəcək.

Aydın