Xəbər lenti

Məşhur klub yeni futbolçunun adını siyahıya salmağı unudub (FOTO)
İdman14:25 09.09.2018

Məşhur klub yeni futbolçunun adını siyahıya salmağı unudub (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Məşhur Fransa klubu "Bordo"nun prezidenti Jan-Luis Triaud maraqlı açıqlama ilə gündəmə gəlib.
Qaynarinfo xəbər verir ki, prezident Xorvatiya təmsilçisi "Hayduk"dan transfer etdikləri 21 yaşlı futbolçu Toma Basiçin adını Avropa Liqası üçün açıqlanan heyətə salmağı unutduqlarını bildirib. Bu üzdən futbolçu cari mövsüm Avroliqanın qrup mərhələsindəki oyunlarında forma geyməyəcək. 
Bunun rəhbərliyin səhvi olduğunu bildirən prezident, xorvat futbolçunun Avroliqanın 1/16 final mərhələsində oynaya biləcəyini bildirib. 
Basiç yay transfer dönəmində "Hayduk"dan 1,3 milyon avro qarşılığında fransız klubuna keçmişdi.