Braziliya komandalarından "Flamenqo"nun prezident Rodolfo Landim Kriştiano Ronaldonun transferi ilə bağlı iddiaları təkzib edib.
Qaynarinfo xəbər verir ki, prezident hətta, son vaxtlar "Flamenqo"ya trnsfer olunacağı ilə bağlı suala yumoristik cavab verib. Landim onların belə bir təşəbbüsü olmadığını bildirib: "İddiaların haradan qaynaqlandığını bilmirəm, amma çox yaradıcıdırlar. Əvvəla, soruşuram ki, biz Ronaldonu kiminlə əvəzləyəcəyik, ehtiyat oyunçular skamyasında oturanlarla? İnternetdə oxuduqlarımın nə qədər dəqiq olduğunu bilmirəm. Ona iki il üçün 242 milyon dollar təklif olunub, məvacibi ayda 10 milyon dollardır. Bu, bütün kadr büdcəmizdən çoxdur. Ronaldo Pedronun əvəzləyicisi olacaq, yoxsa Qabiqolun? Burada heç kim çılğın şeylər etməyəcək"
37 yaşlı portuqaliyalı superulduz 2021-ci ilin yayında "Mançester Yunayted”ə qayıtsa da, orada istədiyini tapa bilmir. "Tottenhem”lə görüşdə ehtiyatdan meydana çıxmaq istəmədiyi üçün heyətdən kənarlaşdırılan futbolçu daha sonra yenidən kollektivə qoşulub.
Bu mövsüm "Qırmızı şeytanlar"ın heyətində 15 oyunda meydana çıxan Ronaldo 3 qola, 2 məhsuldar ötürməyə imza atıb. Müqaviləsi mövsümün sonunda başa çatacaq 37 yaşlı futbolçunun klubda qalıb-qalmayacağı hələ dəqiq deyil.
Səbuhi Həsənov