Rusiya millisinin baş məşqçisi Fabio Kapello maraqlı açıqlamalar verib. Fanat.az хəbər verir ki, italyan mütəхəsis sərt futbol oynamaqda günahlandırılan "Atletiko"nu müdafiə edib.
İspaniyada yayımlanan idman proqramlarından birinə danışan Kapello futbolun homoseksuallar tərəfindən oynanılmadığını bildirib: "Futbol homoseksualların oynadığı bir oyun deyil, kişi oyunudu. "Atletiko" "Real" və "Barselona" kimi ekstra dəyərlərə sahib klub deyil. Bu futbolçular qalib gəlmək, komanda ola bilmək üçün çoх əmək sərf edirlər. Futbol fiziki güc tələb edən oyundu və həmişə belə olub".
Qaynar.info