Xəbər lenti

Məşhur milyarder "Neftçi"nin rəqibinə 16 milyon pul ayırdı
İdman06:53 28.06.2019

Məşhur milyarder "Neftçi"nin rəqibinə 16 milyon pul ayırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"nin potensial rəqibi olan Rusiyanın "Arsenal" klubu böyük məbləğdə maliyyə yardımı alıb.
Qaynarinfo xəbər verir ki, Özbəkistan əsilli milyarder Əlişir Usmanov Tula təmsilçisinə 600 milyon rubl (hazırkı məzənnə ilə 16 milyon 140 min manat) ayırıb. Bu barədə iş adamı özü yerli mətbuata açıqlama verib. 
Qeyd edək ki, "Neftçi" I mərhələdə Moldovanın "Sperantsa" klubu ilə qarşılaşacaq. Bu cütün qalibi II təsnifat mərhələsində "Arsenal"a rəqib olacaq.
Onu da qeyd edək ki, Əlişir Usmanov London "Arsenal"ının səhmlərinin 14.5 faizinin sahibidir.