Xəbər lenti

Məşhur otel AQTA-nın cəriməsini ləğv etdirdi - 4 il sonra gələn məktub
Ekonomiks19:40 17.08.2025

Məşhur otel AQTA-nın cəriməsini ləğv etdirdi - 4 il sonra gələn məktub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Qida Təhlükəziliyi Agentliyinin (AQTA) Bakı Regional Bölməsinin məşhur "East Legened” oteli barəsində tərtib edilmiş protokolu ləğv edilib. İşin ilginc tərəfi budur ki, Agentlik 4 il sonra protokol üzrə yazılmış cərimənin ödənilməsini istəyib.
Qaynarinfo Musavat.com-a istinadla xəbər verir ki, Agentlik 2021-ci ildə pandemiya ərəfəsində epidemiya əleyhinə rejimin qaydalarını pozduğu üçün inzibati qaydada protokol tərtib edərək 300 manat cərimələyib.
Hadisədən 4 il keçdikdən sonra Agentlik otel tərəfindən protokol üzrə cərimənin ödənilməsini istəyib. Lakin otel məhkəməyə müraciət edərək protokolun ləğv edilməsinə nail ola bilib.
Belə ki, Agnetliyin 4 il sonra otelə məktubla müraciət edərək həmin qərarın icrasını tələb etməsini məhkəmə əsassız hesab edib. Belə ki, inzibati xətanın aşkara çıxarılnasında 4 aydan artıq müddət keçdiyi üçün inzibati məsuliyyətə cəlb etmə müddəti keçmiş hesab edilib.
Qərarda göstərilib ki, bu səbəbdən də İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə otel məsuliyyətə cəlb edilə bilməz.