Xəbər lenti

Məşhur portuqliyalı futbolçunun yeni klubu müəyyənləşdi
İdman12:51 12.07.2022

Məşhur portuqliyalı futbolçunun yeni klubu müəyyənləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Portuqaliyalı ulduz Luis Nani futbol həyatına Avstraliyada davam edəcək. 
Qaynarinfo xəbər verir ki, "Mançester Yunayted"in sabiq üzvü "Melburn Viktori” ilə müqavilə bağlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 35 yaşlı ulduzla 2022/2023 mövsümünün sonuna qədər anlaşma imzalanıb. 
Naninin son klubu İtaliya "Venesiya”sı olub. 
Luis Naninin Avstraliya klubundakı ilk oyunu da məhz sabiq komandasına qarşı olacaq. Futbolçunun yeni komandası "Mançester Yunayted"lə yoldaşlıq görüşü keçiriləcək.
Səbuhi Həsənov