Amerikalı əfsanəvi qadın futbolçu Meqan Rapinoe karyerasının son matçını keçirəcək.
Qaynarinfo-nun məlumatına görə, ABŞ-li futbolçunun "Washington Spirit"ə qarşı meydana çıxacağı oyunda stadiona böyük azarkeş kütləsi toplanacağı və bu mənada rekord qırılacağı gözlənilir. Amerikalı əfsanənin şərəfini qoruyacağı matça artıq 28150-dən çox bilet satılıb. Bu qarşılaşmada Milli Qadınlar Futbol Liqası tarixindəki tamaşaçı rekordunun (32 000) qırılacağı gözlənilir.
Rapinoe qadın futbolunda fəal rolu ilə xüsusi yer tutur. O, NWSL-dəki 14 illik karyerasında iki dəfə dünya çempionu olub, və bir olimpiya qızıl medalı qazanıb.
Səbuhi Həsənov