Xəbər lenti

Məşhur "ayı qalmaqalı" gündəmə qayıdır - MƏHKƏMƏ
Ölkə11:32 07.07.2014

Məşhur "ayı qalmaqalı" gündəmə qayıdır - MƏHKƏMƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nəqliyyat naziri Ziya Məmmədov oğlu, “Qarant Holdinq” şirkətlər qrupunun Direktorlar Şurasının sədri Anar Məmmədov “Yeni Müsavat”la “Azadlıq” qəzetlərinə qarşı bir neçə il əvvəl məhkəmədə kəsilən cərimələri yenidən icraata yönəldib.

Qaynar.info-nun verdiyi xəbərə görə, 2010-cu ildə Anar Məmmədovun "Qəbələdə ayı kəsdirərək, ətindən kabab çəkdirməsi"ni iddia edən xəbərləri  dərc edən “Yeni Müsavat” və “Azadlıq” qəzetlərini qarşı tərəf məhkəməyə vermişdi. A. Məmmədov məhkəməyə təqdim etdiyi iddiada şərəf, ləyaqətinin alçaldığını iddia etmişdi. Uzun müddət sürən məhkəmə çəkişməsindən sonra hər iki qəzetə ayrı-ayrılıqda 4 min manat cərimə kəsilmişdi.

Sadəcə, sonradan tərəflər arasında əldə olunan anlaşmaya görə qəzetlər “ayı işi” mövzusuna toxunmayacaq, bu haqda yazılar çap etməyəcək, qarşılığında isə 4 min manatlıq cərimənin icrası dayandırılacaqdı.

Lakin "Yeni Müsavat"ın müxbiri Fərahim İlqaroğlunun döyülməsi olayından sonra qəzet yenidən bu mövzuya qayıtdı. Qəzetin yazdığöına görə, jurnalistin döyülməsində Ziya Məmmədovun yaxın qohumunun - qardaşı oğlu Aynar Məmmədovun əli var.

Artıq Anar Məmmədovun vəkili Ruslan Məmmədov Nizam Rayon Məhkəməsinin İcra Şöbəsinə müraciət edərək, icraya xitam verilməsi ilə bağlı qərardadın ləğvini xahiş edib. Məhkəmə hesab edir ki, şikayət təmin edilməlidir.  

“Yeni Müsavat”ın hüquqşünası Vaqif Hüseyn musavat.com-a açıqlamasında bildirib ki, bu qərarla bağlı müvafiq sənədlər hazırlanır, apelyasiya şikayəti veriləcək. Hüquqşünas qəzetin sona qədər öz hüquqlarını müdafiə edəcəyini qeyd edib.

“Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu isə bildirib ki, artıq günah bizdən getdi. Baş yazarın sözlərinə görə, A.Məmmədovun “ayı işi” ilə bağlı hörmətli şəxslər ondan xahiş etmişdilər ki, bu mövzuda yazılar getməsin: “Biz də həmin hörmətli adamların xahişini nəzərə alaraq, yazıları dayandırmışdıq. Ancaq vəziyyət elə gətirib çıxardı ki, biz Anarla bağlı bir neçə yazı yazmaq məcburiyyətində qaldıq. Çünki Fərahim İlqaroğlu məhz onun əmisi oğlunun sifarişi ilə döyülüb, 4 dişi sınıb, xəstəxana yollarında qalıb; üstəlik Anarın nazir atası onu himayə edir. Və təbii ki, bu halda biz Ziya Məmmədov və onun çevrəsindən yazmalıydıq. Əgər Anar Məmmədova bu toxunursa, dünəndən toxunsun. O, elə bilirsə 4 min manat cərimə ilə bizi özünə tabe etdirə biləcək, yanılır. Bu addımı ilə o, özünü 4 min dəfə peşman edəcək hərəkətə yol verdi ”.

Qaynar.info