Xəbər lenti

Məşhur "Ferrari"lər Bakıda - FOTOLAR
Ekonomiks06:24 17.05.2014

Məşhur "Ferrari"lər Bakıda - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda ilk rəsmi "Ferrari" dilerinin və "Ferrari Store" brendinin açılışı olub. Ferrari Showroom & Store Üzeyir Hacıbəyov, 57 ünvanında yerləşir. Dilerə həmçinin Servis Zonası da daxildir. Bu isə "Ferrari Azərbaycan"a dünya səviyyəli satış və satış sonrası xidmət göstərməyə imkan yaradacaq. Saloda 7 avtomobil yer alıb. Hazırda Azərbaycanda Ferrari-nin Avtolux Azerbaijan tərəfindən təqdim olunan üç modeli mövcuddur.

Qeyd edək ki,"Ferrari" nin dünyanın 62 bazarında nümayəndəsi var. Sərgi salonu, Mağaza və Servis Zonasının unikal strukturu sayəsində "Ferrari"nin qeyri-adi irsini, eksklüzivliyini, innovativ texnologiyalarını və dizaynını daha geniş kütləyə çatdırmaq mümkün olacaq.

Qaynar.info