Xəbər lenti

İdman 22:35 18.01.2024

Məşhur şərhçi Messini Meril Striplə müqayisə etdi

Keçmiş şərhçi, blogger Vasili Utkin Argentina millisinin və "İnter Mayami"nin hücumçusu Lionel Messinin FIFA tərəfindən ilin ən yaxşı oyunçusu seçilməsi ilə bağlı fikirlərini "Sovet Sport" da bölüşüb.

Qaynarinfo xəbər verir ki, Utkin argentinalı ulduzu aktrisa Meril Striplə müqayisə edib.

"Marqaret Tetçer roluna görə üçüncü Oskarını almaq üçün səhnəyə çıxan dahi Meril Strip heyrətamiz, üzrxahlıq dolu təbəssümü ilə dedi: "Mən başa düşürəm ki, hamınız burada mənimlə necə yorulursunuz...". Leonun da yəqin ki, uyğun bir təbəssümü var, buna görə də növbəti dəfə "The Best" mükafatı aldığı tədbirə getməyib", deyə keçmiş şərhçi bildirib.

Qeyd edək ki, Messi və "Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haalandla eyni sayda - 48 xal toplayıb. Lakin milli komandaların kapitanlarının daha çox səsi sayəsində argentinalı "The Best" mükafatına sahib çıxıb. Messi mükafatlandırma mərasiminə gəlməyib, onun üçün mükafatı Tyerri Anri götürüb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->