Cənubi afrikalı tennisçi Kevin Anderson aktiv karyerasını başa vurub.
Qaynarinfo xəbər verir ki, İki böyük dəbilqə yarışının finalında iştirak etmiş idmançı bu haqda tvitter hesabından məlumat verib.
35 yaşlı Anderson açıqlamasında bunları deyib: "Uzun illər ərzində yaşadığım gözəl şeylərə görə, bu idmanın bir parçası olduğum üçün minnətdaram. Mənim üçün çox çətin olsa da, qərar verdim. Peşəkar tennisdən imtina etdim. Uşaq olarkən atam mənə deyirdi ki, uğur nəticələr deyil, sənin səyin və əlindən gələni etməkdir. O, deyirdi ki, bunu qurban verməklə müəyyən etmək olar. Ona görə də əlimdən gələni etdim”.
Karyerası ərzində 7 çempionluq qazanan Anderson 2017-ci ildə ABŞ Açıq və 2018-ci ildə Uimbldonda iki böyük dəbilqə yarışında finala qədər irəliləyib.
Sürətli servisləri ilə tanınan Cənubi afrikalı idmançı 2018-ci ildə kişilərin dünya reytinqində 5-ci yerə yüksəlmişdi.
Səbuhi Həsənov