Xəbər lenti

Məşhur tennisçi karyerasını dayandırır
İdman10:27 04.09.2021

Məşhur tennisçi karyerasını dayandırır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Psixoloji baxımdan çətin günlər yaşadığı üçün "Uimbldon”dan çəkilən Naomi Osaka tennisə bir müddət fasilə verməyi düşünür.
Qaynarinfo xəbər verir ki, bunu məşhur tennisçi ABŞ-da keçirilən "Açıq Tennis Turniri”nin 5-ci gününün tamamlanmasından sonra mətbuata açıqlamasında deyib. Mövsümün son "qran-slam” turnirində 3-cü turda yarışla vidalaşan Osaka əvəlcə Fransada keçiriləcək "Roland Garros”dan, ardından ot kort üzərində keçiriləcək yarışlardan da imtina edib. 23 yaşlı yapon tennisçi keçirdiyi son matçın ardından bu fikirləri söyləyib: 
"Nə etmək istədiyimi anlamağa çalışdığım bir nöqtədə olduğumu hiss edirəm. Dürüst olmaq lazımdırsa, növbəti matçımı nə zaman keçirəcəyimi bilmirəm. Mənə elə gəlir ki, tennisə bir müddət ara verəcəyəm. Son zamanlarda qazandığım qələbələrin ardından xoşbəxtlikdən daha çox rahatlaşma hiss edirəm. Uduzanda isə çox üzülürəm. Bunun normal olduğunu düşünürəm”.
Səbuhi Həsənov