Bakıda Türkiyənin ən məşhur "İpekyol” və "Ted Baker” mağazalar şəbəkəsi cərimələnib.
Qaynarinfo-nun məlumatına görə, brendlərin "Gənclik Mall” Ticarət Mərkəzində fəaliyyət göstərən "İpekyol” və "Ted Baker” mağazaları tərəfindən müştərilərə təqdim olunan kassa çekində və mağazada yerləşdirilən lövhələrdə istehlakçı hüquqlarını məhdudlaşdıran şərtlərin mövcudluğu müəyyən olunub.
8-ə yaxın müştəri tərəfindən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət olunub. Dövlət qurumu mağazalar barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsi ilə protokol tərtib edib.
Məhkəmənin qərarı ilə mağazalar 447.0.9-cü maddədə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və 4000 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilib.
Əhməd