Xəbər lenti

Məşhur türk futbolçu Bakıya gəldi
İdman07:19 03.03.2019

Məşhur türk futbolçu Bakıya gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bavariya", "Real" və "Qalatasaray" kimi komandalarda oynamış türkiyəli veteran futbolçu Hamit Altıntop da Bakıya gəlib.
Qaynarinfo AFFA-nın rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, martın 3-də keçiriləcək "Bakı 2019: Ulduzlar Finalı" yoldaşlıq oyununda dünyaca məhşur veteran futbolçularla yanaşı, Altıntop da meydana çıxacaq. Oyun Bakıdakı Avropa Liqasının finalı ilə əlaqədar təşkil olunacaq.
Qeyd edək ki, Hamitdən başqa, keçmiş futbolçular Eydur Qudyonsen, Maykl Esyen, Anderson Luis de Souza (Deku), Yeju Dudek, Revaz Arveladze və Nihat Kahveci də yoldaşlıq oyununda iştirak edəcək. Görüş saat 11:00-da başlayacaq.