Xəbər lenti

Məşhur türk məşqçi millimizi çalışdıra bilər
İdman07:49 30.01.2020

Məşhur türk məşqçi millimizi çalışdıra bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli komandamızın baş məşqçi postuna daha bir namizəd müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin "Milliyət" nəşri məlumat yayıb. İddia olunur ki, hazırda "Fənərbaxça"nı çalışdıran Ərsun Yanal millimizin baş məşqçi postuna namizəddir. 
Qeyd edək ki, Ərsun Yanal 2018-ci ildən "Fənərbaxça"nı çalışdırır. 47 yaşlı mütəxəssis 2013-2014-cü illərdə də bu komandaya başçılıq edib. O, həmçinin məşqçi karyerası arasında "Dənizlispor", "Yeni Salihspor", "Ankaragücü", "Manisaspor", "Trabzonspor", "Eskişəhərspor" klublarını və Türkiyə millisini (2004-2005) çalışdırıb.
Onu da qeyd edək ki, Ərsun Yanaldan başqa Oleq Kononov, Canni de Byazi, Branko İvankoviç, Luici di Byaco və Çezare Prandellinin də millimizi çalışdırmağa namizədlər arasındadır.