Xəbər lenti

Məşhur türkiyəli veteran futbolçu Naxçıvana səfər edib (FOTOLAR)
İdman15:41 21.02.2022

Məşhur türkiyəli veteran futbolçu Naxçıvana səfər edib (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə millisinin sabiq futbolçusu Tanju Çolak Naxçıvan Muxtar Respublikasına səfərdədir.
Qaynarinfonun əldə etdiyi məlumata görə Türkiyə millisinin sabiq futbolçusu "Qızıl buts"un sahibi Tanju Çolak Naxçıvan Muxtar Respublikasına səfərdədir. 59 yaşlı veteran hücumçunun səfəri Naxçıvan Futbol Federasiyasının dəvəti ilə gerçəkləşib.
Qonaq səfər çərçivəsində, Naxçıvan Futbol Federasiyasının nümayəndə heyəti ilə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında yerləşən abidəsinin önünə gül dəstəsi qoyub, ehtiramını bildirib. Veteran futbolçu Heydər Əliyev Muzeyi ilə tanış olub. Muzeyin fondunda qorunub saxlanılan eksponatlar və mərhum prezidentin siyasi fəaliyyəti ilə bağlı qonaqlara ətraflı məlumat verilib.
Qeyd edilib ki, muzeyin ekspozisiya zalında Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasındakı fəaliyyəti - Ali Məclisin Sədri kimi gördüyü işlər, həyata keçirdiyi tədbirlər, qəbul etdiyi mühüm əhəmiyyətli qərarlar, sərəncamlar, sənədlər, fotolar və digər materiallar nümayiş etdirilir.
Daha sonra, Çolak Naxçıvan Muxtar Respublika Stadionu ilə tanış olub.
Türkiyə millisinin sabiq futbolçusu səfərin ikinci günü Uzunoba gölünün ətrafındakı Təlim-Məşq İdman kompleksində olub. Qonaq, süni örtüklü futbol stadionu, üstüörtülü və hasara alınmış mini futbol meydançaları, hakim və həkim otaqları ilə tanış olub.
Daha sonra, Azərbaycan Region Liqası Naxçıvan Zonası üzrə 9-cu turunda "Araz-Naxçıvan” və "Şahbuz” komandalarının oyununu izləyib. Günün ikinci yarısında sabiq futbolçu ilə azarkeşlər arasında görüş təşkil olunub. Qonaq, əvvəlcə azarkeşləri maraqlandıran sualları cavablandırıb. Ardınca, azyaşlı uşaqlara imzalı toplar hədiyyə edib. 
Veteran futbolçu Tanju Çolak səfərinin üçüncü günü Naxçıvan Biznes Mərkəzində olub. Muxtar respublikanın biznes mühiti ilə tanış olub, qonağa mərkəzdə qurulan paviliyonlar haqqında ətraflı məlumat verilib. Sonra Tanju Çolakla Gənclər və İdman naziri Ramil Hacının, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən Türk Konsullunun müavini Nejla Kayanın, Naxçıvan Futbol Fedrasiyasının sədri Vüqar Abbasov və federasiyanın idarə heyətinin iştirakı ilə masa arxasında söhbət aparılıb. Federasiyanın 10 illik proqraməı çərçivəsində həyata keçiriləcək tədbirlərdən danışılıb. Həmçinin Naxçıvan futbolunun inkişafı üçün fikir mübadiləsi aparılıb. Veteran futbolçu öz təcrübəsinə arxalanaraq bu yolda əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.
Sonra Naxçıvan Futbol Fedrasiyasının sədri Vüqar Abbasov qonağa Naxçıvan məhsullarından ibarət xüsusi hədiyyə təqdim edib. Tanju Çolak da öz növbəsində Türkiyənin məhşur futbolçusu Alpay Özalanın Dünya Çempionatında geyindiyi milli formanı xatirə hədiyyəsi olaraq Naxçıvan Futbol Fedrasiyasının sədri Vüqar Abbasova bağışlayıb.
Səbuhi Həsənov