Məşhur rusiyalı tennisçi Mariya Şarapova Avstraliyada davam edən meşə yanğınları ilə mübarizəyə 25 min dollar vəsait ayırıb.
Qaynarinfo xəbər verir ki, tennisçi bu barədə "Twitter" səhifəsində yazıb.
"Son 15 ildə Avstraliya yanvarda bir aylıq mənim evim olurdu (bu müddət ərzində "Australian Open” keçirilir - red.). Yanğınların torpaqları, gözəl ailələri və heyvanları necə məhv etdiyini görmək çox ağırdı. Mən 25 min dollar məbləğində iyanə etmək istərdim” deyə Şarapova bildirib.
Qeyd edək ki, yanğınlar nəticəsində 6 milyon hektar meşə, 2 minə yaxın yaşayış evi və 3 min inzibati və təsərrüfat tikililəri məhv olub. Bundan başqa, yanğında 24 insan ölüb, 6 nəfər itkin düşüb, yarım milyona yaxın heyvan tələf olub.