Xəbər lenti

Məşhur yapon terrorçu edam edildi
Ölkə09:48 06.07.2018

Məşhur yapon terrorçu edam edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yaponiya tarixinin ən böyük teraktının müəllifi olan Şoko Asahara edam edilib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Asahara "Aum Şinrikyo" təriqətinin rəhbəri idi. O, 1995-ci ildə Tokio metrosunda zarin qazından istifadə edərək terror aktı törətmiş, 13 nəfərin ölümünə, 6 min nəfərin yaralanmasına səbəb olmuşdu. Şoko ilə birlikdə təriqətin 6 üzvü də edam edilib, digər 6 nəfərə isə ömürlük həbs cəzası verilib. 
Qeyd edək ki, "Aum Şinrikyo" 1980-ci illərdə Hinduizm və Buddizmin sintezi ilə yaradılıb. Şoko Asahara özünü Buddadan sonra ilk aydınlanmış şəxs və İsa Peyğəmbər elan edib. Yaponiyada 1989-cu ildə hüquqi status əldə edən və on minlərlə dəstəkçisi olan təriqət daha sonra dünyada terrorçu qrup kimi qəbul edildi.
Gülşən