"Ərazilərimizdə qismən məskunlaşma üçün ən azı 50000 mina tapılıb zərəsizləşdirlməlidir".
Qaynarinfo xəbər verir ki, bunu Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov deyib. Onun sözlərinə görə, bunun üçün ən azı bir milyard xərclənməlidir:
"Proses isə bir neçə il çəkəcək. Amma ilk növbədə yollar, şəhər, qəsəbə və kəndlər təmizlənməlidir ki, tikinti işlərinə başlamaq mümkün olsun. Daha sonra məhv edilmiş yaşıllıqların (meşə sahələrinin) bərpa olunması üçün həmin ərazilər təmizlənməlidir. Amma əhali köçənə qədər kənd təsərrüfatı təyinatlı torpaqlar da mina və PHS-dən təmizlənməlidir ki, əkinçilik və maldarlıq bərpa oluna bilsin".
Sahib Məmmədov qeyd edib ki, düşmən minaları heç kəsin ağlına gəlməyən yerlərdə basdırıb:
"Maariflənmə, məlumatlandırma və xəbərdaretmə işlərinə də milyonlarla vəsait tələb olunur".
Bahar Rüstəmli