
Dünən Xorvatiya ilə qolsuz bərabərə qalan millimiz bu gün saat 15:00-da ölkəmizi tərk edəcək.
Qaynar.info xəbər verir ki, komanda Avropa çempionatının seçmə mərhələsində növbəti matçını keçirmək üçün Maltaya yola düşəcək.
Maltaya yola düşənlər arasında AFFA İcraiyyə Komitəsinin üzvü, eləcə də Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov da olacaq. Bu barədə Sadıqovun özü saytımıza məlumat verib.
Qeyd edək ki, sentyabrın 6-da keçiriləcək Malta - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qaynar.info