Xəbər lenti

Məşqdə ürəyi dayanan "Qarabağ"ın futbolçusunun son durumu (YENİLƏNİB)
İdman13:26 22.04.2023

Məşqdə ürəyi dayanan "Qarabağ"ın futbolçusunun son durumu (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Qarabağ”ın əvəzedici komandasının məşq zamanı halı pisləşən futbolçusu Şirxan Həsənzadəyə həkimlərin müdaxiləsi uğurlu alınıb.
Bu barədə "Report"a "köhlən atlar"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.
Klub rəsmisi hazırda 21 yaşlı müdafiəçinin vəziyyətinin stabil olduğunu bildirib: "Onun qarşıdakı günlərdə daha yaxşı olacağına ümid edirik".
Qeyd edək ki, Şirxan Həsənzadənin bu gün məşq zamanı ürəyi dayanıb. O, təcili tibbi yardımın köməyi ilə dərhal xəstəxanaya çatdırılıb.
17.26
Məşq zamanı ürəyi dayanaraq xəstəxanaya aparılan "Qarabağ-2"nin futbolçusu Şirxan Həsənzadə əməliyyata alınıb. 
Bu barədə Fanat.Az-a klubun mətbuta katibi Gündüz Abbaszadə məlumat verib. 
"Şirxan Həsənzadə "Liv Bona Dea" xəstəxanasına köçürülüb və əməliyyata götürülüb. Onun ürəyinə anju tədbiq olunur. Həkimlərin fikrincə, əməliyyatdan sonra vəziyyəti yaxşı olacaq. Anju əməliyyatından sonra həyati təhlükəni atladacağına ümidimiz böyükdür", deyə Abbaszadə bildirib.