Argentinalı superulduz Lionel Messi dünya çempionatındakı favoritlərini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, 35 yaşlı ulduz ölkəsini favorit kimi göstərməyib. "DIRECTV Sports"a danışan PSJ-nin superulduzu "Biz həmişə eyni adları seçirik, amma mən seçmək məcburiyyətində olsam, Braziliya və Fransa Dünya Kubokunu qazanmaq üçün iki böyük namizəddir. Hər iki komanda uzun müddətdir birlikdə oynayan oyunçulardan ibarətdir. Hər iki komanda oyunu dəqiq başa düşür. Bu, həm Deşamp, həm də Tite üçün oxşardır" - sözlərini söyləyib.
Argentina ötən il Amerika kubokunun qalibi olub. Messinin komandası son 35 oyundur məğlub olmur.
Səbuhi Həsənov