
Futbol üzrə Argentina yığması və İspaniyanın “Barselona” klubunun hücumçusu Lionel Messi həyat yoldaşı Antonella Raquzzo ilə istirahət edərkən görüntülənib.
İtaliya sahillərində Ponza adasında dincələn cütlük paparazzilərin kamerasına tuş gəlib. Fotoşəkillərdən göründüyü kimi Messi və Antonello kirayə götürdüyü yaxtada istirahət edir.
Qeyd edək ki, Braziliyada keçirilən futbol üzrə dünya çempionatı başa çatdıqdan sonra futbolçuların əksəriyyəti istirahətə yollanıb. Bu yaxınlarda Portuqaliya yığmasının futbolçusu Kristiano Ronaldo və onun sevgilisi İrina Şeykin dincələrkən fotoları yayılmışdı.
Qaynar.info

