Dünya çempionluğundan sonra karyerasında qazanmadığı kubok qalmayan Lionel Messi sosial mediada da ən çox bəyənilən şəxs olub.
Qaynarinfo xəbər verir ki, 35 yaşlı ulduzun sosial şəbəkədəki paylaşımı rekord qırıb. Messinin dünya çempionatı ilə bağlı İnstaqramda paylaşdığı şəkil 69,9 milyon bəyənmə sayına çatıb və artmaqda davam edir. Bu, artıq rəsmi olaraq bir idmançı üçün tarixdə ən çox bəyənilən sosial media paylaşımı kimi qeydə alınıb. Messi bu sahədə Filippin əsilli amerikalı prodüser və müğənni Bella Poarçı geridə qoyub. Poarçın "Tik Tok"dakı paylaşımı 60,1 milyon bəyənmə ilə uzun müddət rekord idi.
Əvvəlki rekord isə dünya çempionatı öncəsi Kriştiano Ronaldonun Messi ilə şahmat oynayarkən çəkdirdiyi unudulmaz fotoya aid idi və 42 milyona yaxın insan bəyənmişdi. Messi dünya çempionatından sonra İnstaqramda 406 milyon izləyiciyə çatıb. Bu, "world_record_egg" istifadəçisi tərəfindən 2019-cu ilin əvvəlində paylaşılan yumurta şəklinin 56 milyonluq "layk"ından daha çox olub. Messi bu rekordu da geridə qoyub və İnstaqramda ən çox bəyənilən şəxs ünvanına sahib çıxıb.
Messinin daha bir Instagram paylaşımı milyonlarla bəyənmə toplayıb. 35 yaşlı futbolçu ötən gün dünya çempionatının kuboku ilə oyandığını göstərən foto paylaşıb. Bu paylaşım 49,1 milyon insan tərəfindən bəyənilib. Fotoya izləyicilər tərəfindən 663 min şərh gəlib.
Hücumçu 7 qol və 3 məhsuldar ötürmə ilə Qətər 2022-nin ən dəyərli oyunçusu ünvanını da qazanıb. 2014-cü ildən bəri Messi tarixdə buna nail olan ilk futbolçu ünvanına yiyələnib.
Səbuhi Həsənov