Xəbər lenti

Messi DÇ-2026-da olmayacaq - Özü açıqladı
İdman08:52 14.06.2023

Messi DÇ-2026-da olmayacaq - Özü açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
MLS komandalarından "İnter Mayami"yə transfer olunan Lionel Messi 2026-cı ildə baş tutacaq dünya çempionatında iştirak etməyi planlaşdırmadığını bildirib. 
Qaynarinfo-nun məlumatına görə, Çin media orqanı "Titan Sports"a danışan 35 yaşlı Messi, 2026-cı ildə ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi edəcəyi Dünya Kubokunda iştirak etməyi düşünmədiyini bildirib: "DÇ-2026-da iştirak etməyi planlaşdırmıram. Qalib gəldiyimiz turnir oynadığım son dünya çempionatı idi. Zamanla vəziyyəti yenidən qiymətləndirə bilərəm, amma böyük ehtimalla növbəti dünya çempionatında oynamayacam".
Bu ay 36 yaşını tamamlayacaq Messi 2026-cı ildə keçiriləcək turnirdə futbolçu deyil, tamaşaçı qismində iştirak etmək istədiyini də bildirib.
2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında kapitanı olduğu Argentina millisi ilə turnirin ən yaxşı oyunçusu seçilən Messi futbol tarixinə düşüb.
Səbuhi Həsənov