Xəbər lenti

“Messi dincəlməlidir”
İdman07:24 19.08.2013

“Messi dincəlməlidir”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Barselona"nın baş məşqçisi Xerardo Martino La Liqada ilk oyunda "Levante" üzərində böyükhesablı qələbədən (7:0) sonra açıqlamalar verib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı məlumata görə, argentinalı mütəxəssis mövsümə çox yaxşı başladıqlarını deyib: "Bu səviyyəmizi sona qədər qorumalıyıq. "Barselona"nın fəlsəfəsini bəyənirəm ".

O,  Lionel Messinin dincəlməyə ehtiyacı olduğunu bildirib: "Messi ilə danışdım. Hazırda onun dincəlməyə ehtiyacı var. Mövsüm uzundur. Həm də qarşıda ən çətin rəqiblər var. O, çox ağıllıdır və bunun bilir"

Oyuna start heyətdə deyil, 64-cu dəqiqədə  daxil olan Neymar  haqqında da danışan Martino braziliyalı hücumçunun hələlik zamana ehtiyac olduğunu vurğulayıb: "Onun komandaya uyğunlaşması üçün zaman lazımdır. Əgər onu tez bir zamanda bütün oyunlarda start heyətə salsaq, komandaya ziyan vura bilərik".

Qaynar.info