MLS-də Lionel Messi transferinin təsiri davam edir.
Qaynarinfo-nun məlumatına görə, ABŞ-nin əsas liqasında "İnter Mayami”nin "Dallas”la matçı üçün biletlər satışa çıxdıqdan qısa müddət sonra tükənib.
"Athletic”də yer alan xəbərə görə, "Dallas”la matçın Messi üçün "İnter Mayami” formasında ilk səfər qarşılaşması olacağı və satışa çıxarılan biletlərin 10 dəqiqə ərzində tükəndiyi bildirilib. Messinin "İnter Mayami"yə transferindən sonra biletlərin qiymətlərinin artmasına baxmayaraq, tələbatın da yüksəldiyi qeyd olunub.
"İnter Mayami” MLS-dəki ilk matçında Lionel Messinin son dəqiqə qolu ilə qələbə qazanıb. İkinci görüşdə isə "Atlanta Yunayted” 4-0 məğlub edilib. Messi "İnter Mayami" ilə ilk oyununda "Atlanta United" və "Orlando City" ilə görüşlərdə 4 qola, bir məhsuldar ötürməyə imza atıb.
Səbuhi Həsənov