Xəbər lenti

Messi Çempionlar Liqasının ən yaxşı oyunçusu seçildi
İdman19:08 16.09.2016

Messi Çempionlar Liqasının ən yaxşı oyunçusu seçildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çempionlar Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, azarkeşlər arasında aparılan sorğuya əsasən, "Barselona"nın hücumçusu Lionel Messi ən yaxşı oyunçu seçilib. O, səslərin 38 faizini toplayıb.

Qeyd edək ki, L.Messi "Seltik"ə qarşı Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda bu həftə keçirilən görüşündə (7:0) 3 qol vurub, 1 qolun ötürməsini verib.

Qaynarinfo.Az