Xəbər lenti

Messi Ərdoğanla futbol oynamağa gələsi olmadı
İdman06:59 16.07.2016

Messi Ərdoğanla futbol oynamağa gələsi olmadı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Barselona"nın argenatinalı "ulduz" futbolçusu Leonel Messinin Türkiyəyə səfəri baş tutmayıb.

Sport7.az "Daily Mirror"a istinadla xəbər verir ki, Antalyada keçiriləcək dostluq görüşündə iştirak etmək üçün Türkiyəyə gəlməyə hazırlaşan Messi fikrindən daşınıb. Buna səbəb Türkiyədə baş verən son hadisələr olub.

Xatırladaq ki, Antalyada keçirilməsi nəzərdə tutulan dostluq görüşündə dünyanın bir çox məşhur futbol "ulduzları"yla yanaşı Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğanın da iştirakı nəzərdə tutulmuşdu.

Qaynarinfo.Az