Xəbər lenti

Messi filmdə rol aldı (VİDEO)
İdman10:37 29.06.2023

Messi filmdə rol aldı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Lionel Messi Argentinanın məşhur "Los Protectores” televiziya şousunda kiçik rol oynamaq üçün dəvət olunub.
Qaynarinfo-nun məlumatına görə "Star+" kanalında yayımlanan hit serial karyeralarını xilas etmək və iflasdan qaçmaq üçün bir araya gələn üç futbol məşqçisi ətrafında cərəyan edir. Bazar gecəsi verilişdə menecerlər Parisdə Messini ziyarət edir və ulduz futbolçuya gənc oyunçuları dəstəkləyən layihə verirlər. Messi menecerlərin təqdim etdiyi layihə ilə maraqlansa da, daha sonra qonaqlar ondan foto istəyərək sataşmağa başlayırlar. Daha sonra məşqçilər başqa bir iş planı təklif edir. Lakin "Barselona"nın sabiq ulduzu bundan imtina edir və: "Mənə başqa bir layihə haqqında danışacaqlarını dedilər" - sözlərini deyib.
"Los Protectores"də məşqçilərdən birinin obrazını canlandıran Andres Parra Messini epizoddakı performansına görə tərifləyib. Parra açıqlamasında, "Təkcə onun insani keyfiyyəti deyil, həm də aktyorluğu hamımızı heyrətləndirdi" - ifadələrini işlədib.
Messinin "İnter Mayami"də ilk matçını iyulun 21-də Meksika klubu "Kruz Azul"a qarşı keçirəcəyi gözlənilir.
Səbuhi Həsənov