Xəbər lenti

Messi ilə Abramoviç arasında gizli yaxta görüşü
İdman13:30 07.07.2016

Messi ilə Abramoviç arasında gizli yaxta görüşü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İspaniyada başı vergi qalmaqallarına qarışan Lionel Messi komandasını dəyişə bilər. 

Qaynarinfo.az xəbər verir ki, argentinalı futbolçu karyerasını “Çelsi”də davam etdirə bilər.

Çünki ulduz futbolçunun atası Xorxe Messi “Çelsi”nin sahibi Roman Abramoviçlə görüşüb. Rusiyalı biznesmenin şəxsi yaxtasında baş tutan görüşdə Lionelin gələcək karyerası müzakirə olunub. Messinin atası Barselona Məhkəməsinin yaratdığı problemlər ucbatından oğlunun bu ölkəni tərk edə biləcəyini istisna etməyib. O, Lionelin bu üzdən “Barselona” ilə yeni müqavilə imzalamaqdan imtina edə biləcəyini də vurğulayıb.

Qeyd edək ki, Messinin “Barsa” ilə anlaşmasında yer alan bəndə görə, onun transfer qiyməti 250 milyon avrodur.

Qaynarinfo.az