Xəbər lenti

İdman 12:14 01.02.2024

Messi ilə "Barselona" arasında salfet üzərində imzalanan müqavilə hərraca çıxarıldı

Argentinalı hücumçu Lionel Messinin İspaniyanın "Barselona" klubu ilə salfetka üzərində imzaladığı ilk müqaviləsi Böyük Britaniyanın "Bonhams" hərrac evində hərraca çıxarılacaq.

Qaynarinfo xəbər verir ki, 13 yaşlı argentinalı futbolçu ilə 16,5x16,5 santimetr ölçülü salfet üzərində müqavilə 2000-ci il dekabrın 14-nə təsadüf edir. Onun başlanğıc qiyməti 300 min funt-sterlinqdir.

Messi 2003-2021-ci illərdə "Barselona"nın əsas komandasında çıxış edib. Argentinalı İspaniya çempionatının, "Barselona"nın və Argentina millisinin tarixinin bombardiridir. O, Kataloniya klubunun akademiyasının yetirməsidir və klubla 10 İspaniya çempionluğu, 4 Çempionlar Liqası, 7 İspaniya Kuboku, 8 İspaniya Superkuboku, 3 Avropa Super Kuboku və 3 Klublararası Dünya Kuboku qazanıb.

2021-ci ildə Messi Fransanın PSJ-yə keçib, 2 il Paris komandasında oynayıb və sonra ABŞ-a köçərək "İnter Mayami" ilə müqavilə imzalayıb. 

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->