PSJ-nin və Argentina yığmasının ulduzu Lionel Messi Cənubi Amerika zonasında 2021-ci ilin ən yaxşı futbolçusu seçilib.
Qaynarinfo xəbər verir ki, bunu Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) açıqlayıb. 34 yaşlı hücumçu ən yaxşı pleymeyker nominasiyasında da qalib olub. Argentina yığmasından Lionel Skaloni ən yaxşı milli komanda baş məşqçisi, Braziliya "Flamenqo"dan Renato Qauşo ən yaxşı klub baş məşqçisi adına layiq görülüb.
İngiltərə "Aston Villa"sında forma geyinən argentina ylğmasının digər üzvü Emiliano Martines isə ən yaxşı qapıçı seçilib. Venesuelalı Xesus Valensuela ən yaxşı hakim, "Real"da çıxış edən braziliyalı Rodriqo isə ən yaxşı gənc oyunçu kimi fərqləndirilib.
Messi noyabrın 29-da "France Football"un təsis etdiyi "Qızıl top" mükafatına 7-ci dəfə layiq görülüb.
Səbuhi Həsənov