"İnter Mayami"nin superulduzu Lionel Messi avtomobil qəzasından qurtulub.
Qaynarinfo xəbər verir ki, Argentina millsinin üzvü avtomobillə yol keçərkən işıqforun qırmızı işığına məhəl qoymayıb. Nəticədə qaydaları pozan ulduz futbolçunun avtomobili digər tərəfdən gələn nəqliyyat vasitəsilə toqquşmaq təhlükəsi ilə üz-üzə qalıb. Həmin anların videosu Tvitterdə paylaşılıb.
Maraqlıdır ki, bütün bunlar Messini müşaiyət edən polisin gözü qarşısında yaşanıb.
PSJ ilə müqaviləsi bitən Messi bu yay məşhur ingiltərəli futbolçu Devid Bekhemin klubu "İnter Mayami"yə transfer olunub.
Səbuhi Həsənov