Xəbər lenti

Messi kriptovalyuta dünyasını alt-üst etdi
İdman10:36 10.08.2021

Messi kriptovalyuta dünyasını alt-üst etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
17 illik "Barselona" karyerasına son qoyan Lionel Messinin bu yaxınlarda PSJ ilə rəsmi müqavilə imzalayacağı gözlənilir. 
Qaynarinfo "NTVSpor"a istinadən xəbər verir ki, argentinalı superulduz hələ rəsmi müqaviləyə qol çəkməmiş artıq Fransa klubuna milyonlar qazandırmağa başlayıb. 34 yaşlı futbolçunu sevimli komandalarında görmək üçün səbirsizlənən tərəfdarlar PSJ-nin kriptovalyutası olan "PSJ token"ləri almağa başlayıb. Nəticədə 21.95 dollar olan kriptovalyutanın qiyməti 4 gün ərzində 100 faiz dəyər qazanaraq 44.97 dollara yüksəlib.
Klubun müqavilə bağlamalı olduğu rəqəmsal valyuta şirkəti "Chiliz"in rəhbəri Aleks Dreyfus Messinin "Barselona" ilə vidalaşmasının ardından sadəcə 1 gündə PSJ-nin kriptovalyutasının 500 milyon dollara satıldığını bildirib.
Səbuhi Həsənov