
Futbolçu Argentina və Sloveniya arasında keçirilən yoldaşlıq oyunu zamanı özünü pis hiss edib
İspaniyanın "Barselona" klubunun üzvü, argentinalı ulduz Lionel Messi hazırlıq matçı zamanı meydançaya qusub.
ANS PRESS-in məlumatına görə, Dünya Kuboku hazırlıqlarını davam etdirən Argentina Sloveniya ilə yoldaşlıq oyunu keçirib. Oyunun 10-cu dəqiqəsində özünü pis hiss edən Lionel Messi öyüməyə başlayıb.
Kameraların onu çəkdiyini görən ulduz futbolçu üzünü kameralardan gizlədərək qusub. Oyundan sonra jurnalistlərə açıqlama verən Messi bu halın hansı səbəbdən baş verdiyini bilmədiyini söyləyib.
Dünya Kuboku əvvəli bu görüntüsü ilə pərəstişkarlarını qorxudan Messi daha əvvəl də bu cür qusmuşdu.
Qeyd edək ki, oyun 2-0 hesabı ilə argentinalıların xeyrinə qurtarıb. Qolları oyunun 12-ci dəqiqəsində Rikardo Alvarez, 76-cı dəqiqəsində isə Lionel Messi vurub.
Qaynar.info