Xəbər lenti

Messi Qüdsdə ağladı
İdman06:16 05.08.2013

Messi Qüdsdə ağladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi yeni şəkli ilə dünya mətbuatının gündəm mövzusu olub.

“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi məlumata görə, “Barselona” klubunun üzvləri Orta Şərqdə sülhün tənzimlənməsində vasitəçi olmaq məqsədilə Fələstinə, oradan da İsrailə gediblər.

Fələstin prezidenti Mahmud Abbasla görüşdən sonra futbolçular İsrail prezidenti Şimon Peres və baş nazir Benjamin Netanyahu ilə də görüşüblər. Onlar daha sonra Qüdsü ziyarət ediblər. Lionel Messi də yəhudilərin müqəddəs saydığı “Ağlama Divarı”nı ziyarət edib. Onun ağlayarkən çəkilən şəkli maraqla qarşılanıb.

Qaynar.info