Xəbər lenti

Messi rekord qırdı
İdman05:50 19.09.2013

Messi rekord qırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi Çempionlar Liqasının rekorduna imza atıb.
Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin 1-ci turunun “Ayaks”la oyununda 3 qol vuran argentinalı yarışın tarixində ən çox het-trik müəllifi olan futbolçu adına yiyələnib.

Belə ki, Lionel Çempionlar Liqasında 4-cü dəfə 1 matça 3 qol vurub. Bununla da cənubi amerikalı hücumçu almaniyalı Mario Qomeslə italiyalı Filippo İnzagini arxada qoyub. Bu 2 oyunçunun hərəsi 3 dəfə het-trik etməyi bacarıb.

Bundan başqa, Messi qitənin ən nüfuzlu klub turnirindəki qollarının sayını 62-yə çatdırıb. Bununla da argentinalı 71 qol vuran əfsanəvi Raul Qonsalesin rekorduna bir az da yaxınlaşıb. Hazırda Lionelə rekord üçün 9 qol çatmır.

Qaynar.info