"Barselona"nın futbolçusu Lionel Messi dünyanın ən yaxşı hücumçusunun adını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, argentinalı ulduzun fikrincə, bütün dünyada ən yaxşı hücumçu məşhur braziliyalı futbolçu Ronaldodu: "Ronaldo əsl fenomen idi. O, indiyə qədər gördüyüm ən yaxşı hücumçudu. O, sadəcə inanılmazdı".
Qeyd edək ki, Ronaldo karyerası ərzində "Kruzeyro", PSV, "Barselona", "Milan", "Real və "Korintians" klublarında çıxış edib.