Xəbər lenti

Messi Ronaldonu sosial şəbəkələrdə də keçdi
İdman 13:14 14.12.2023

Messi Ronaldonu sosial şəbəkələrdə də keçdi

Argentinalı superulduz Lionel Messinin formasını geyindiyi "İnter Mayami" 2023-cü ildə "Google"da ən çox axtarılan idman klubu olub.

Qaynarinfo-nun məlumatına görə, PSJ ilə müqaviləsi başa çatdıqdan sonra "İnter Mayami"yə transfer olunan Messi bütün dünyanın diqqətinin bu komandaya çevrilməsinə səbəb olub. "Google" 2023-cü ildə ən çox axtarılan idman komandasının "İnter Mayami" olduğunu açıqlayıb. Klub ABŞ təmsilçisi dünyaca məşhur NBA komandası "Los Angeles Lakers" və Çempionlar Liqasının son qalibi "Mançester Siti"ni də geridə qoyub.

"Google"un açıqladığı siyahıda NBA klubu Lebron Ceymsin forma geyindiyi "Los Angeles Lakers" ikinci olub. Portuqaliyalı ulduz Kriştiano Ronaldonun komandası "Al-Nassr" isə üçüncü pillədə qərarlaşıb.
 
Siyahıdakı digər komandalar arasında "Mançester Siti", "Al-Hilal" və Dortmund "Borussiya"sı da yer alıb. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->