Xəbər lenti

Messi Ronaldonun rekordunu təkrarladı
İdman08:35 10.11.2019

Messi Ronaldonun rekordunu təkrarladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Barselona"nın kapitanı Lionel Messi "Real"ın keçmiş hücumçusu Kriştiano Ronaldonun rekordunu təkrarlayıb.
Qaynarinfo xəbər verir ki, La Liqanın XIII turunun "Selta" ilə matçında 3 qol vuran argentinalı ulduz İspaniya çempionatında 34-cü dəfə het-trik edib. 
İndiyə qədər het-trik sayında rekord Ronaldoya məxsus idi. 2018-ci ilə qədər "Real"ın heyətində çıxış edən portuqaliyalı Messi ilə müqayisədə daha az oyun keçirib. Belə ki, Ronaldo 292, Messi isə 459 oyunda 34 het-trikin müəllifi olub.