Xəbər lenti

Messi saçlarını sarı rəngə boyamasının səbəbini belə izah etdi
İdman11:00 05.09.2016

Messi saçlarını sarı rəngə boyamasının səbəbini belə izah etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bir müddət öncə saçlarını sarı rəngə boyayan Lionel Messi yeni imiciylə hamını təəccübləndirmişdi.

Qaynarinfo.az xəbər verir ki, "Barselona"nın və Argentina millisinin üzvü ölkəsinin mətbuatına açıqlamasında imic dəyişikliyinin səbəbini açıqlayıb. O, Amerika kubokunun finalında Çiliyə məğlubiyyətin ardından dəyişikliyə ehtiyacı olduğunu, məhz buna görə saçlarını sarı rəngə boyamaq qərarına gəldiyini deyib:

"Amerika kubokundan sonra çökdüm. Hər şeyə yenidən başlamaq üçün dəyişikliyə ehtiyacım vardı ki, mən də bunu etdim".

Xatırladaq ki, Argentina millisi Amerika kubokunun finalında Çiliyə oyunsonrası penaltilər seriyasında məğlub olmuş, sərt tənqidlərə məruz qalan Messi isə milli karyerasını bitirdiyini açıqlamışdı. Leo sonradan millinin baş məşqçisi Edqardo Bausa və komanda yoldaşlarının təkidiylə yığmaya geri qayıtmışdı.

Qaynarinfo.Az