PSJ-nin hücumçusu Lionel Messi bildirib ki, ona "Barselona"da pulsuz oynamaq təklifi olmayıb.
Argentinalı yayda kataloniyalılarla müqaviləsini yeniləyə bilməyib və Paris klubuna keçib.
Qaynarinfo ulduz futbolçuyla müsahibəni təqdim edir:
- Barselonadan Parisə köçməyimizdən iki ay keçdi. Buna öyrəşə bilmisiniz?
- Bəli. Amma "Barsa”nın matçlarına baxanda "Kamp Nou”da baş verənləri xatırlayıb, yenidən o günləri yaşayıram. Amma artıq sakitləşmişəm, diqqətimi burada Parisdə olanlara, ailəmə və idman nailiyyətlərinə cəmləmişəm. Havaya baxmayaraq, şəhərdən zövq alırıq.
- Laporta deyib ki, o elə fikirləşirmiş, sən "Barselona"da pulsuz oynaya bilərsən. Sizdən bunu soruşsaydılar, razılaşardınız?
- Dediyim kimi, həqiqətən qalmaq üçün əlimdən gələni etdim, ancaq məndən heç vaxt pulsuz oynamaq xahiş olunmadı. Məndən maaşımı 50% azaltmağı xahiş etdilər, problemsiz razılaşdım. Biz kluba daha çox kömək etməyə hazır idik. Ailəm və mən Barselonada qalmaq istəyirdik.
Heç kim məndən klubda pulsuz oynamağı xahiş etməyib, mənə elə gəlir ki, prezidentin bu sözləri yersizdir. Onlar məni incitdilər, o bu sözü deməməliydi. Bu, topu hara gəldi vurmağa, amma olacaqlara və nəticələrə görə məsuliyyət daşımamağa bənzəyir. Bu, insanlarda mənim haqqımda başqa şeylər düşünməyə və şübhələnməyə səbəb yaradır ki, buna layiq olmadığımı düşünürəm.
- Barselonadan ayrılandan Laporta ilə danışmısınız?
- Xeyr.
- İki il sonra "Barselona”ya qayıdacaqsınız?
- PSG ilə müqaviləm nə vaxt bitəcək, bilmirəm. Dəqiq olan və təsdiqlənən bir şey var ki, biz yenidən Barselonada yaşayacağıq. Bu, mənim və həyat yoldaşımın istəyidir.
- Bəs kluba?
- Bəli. Mən hər zaman demişəm ki, kluba xeyir verə biləcəyim sahədə işləmək üçün yenidən qayıtmaq istəyərəm. Bir gün texniki direktor olmaq istərdim. Bilmirəm, bu, "Barcelona”da olacaq, ya yox. Əgər imkan olsa, bir daha kluba öz töhvəmi vermək istəyirəm, çünki bu klubu sevirəm və hər zaman yaxşı qalmasını, inkişaf etməsini, dünyanın ən yaxşılarından olmasını arzulayıram.
- Bu ilki "Barsa” haqda nə düşünürsünüz? Sizcə, Blauqrana bu il titullar qazana biləcək?
- "Barsa”nın möhtəşəm heyəti var. Vaxtım olan kimi, oyunlara baxıram. Çox vacib və Qavi kimi güclü oyunçular var. Komanda səviyyəsində hər şey qaydasındadır. Kun və əgər sağlam qayıtsa, Dembele ilə klub yenidən hücumda effektiv olacaq. "Barcelona” hər zaman titullara yaxındır, çünki dünyanın ən güclü klublarından biridir.
- Köhnə komanda yoldaşlarınızla hələ də danışırsınız?
- Bəli. Təkcə komanda yoldaşı deyil, böyük dostum Kun Aquero, Busi və həmçinin Jordi Alba ilə tez-tez danışıram.
- Klubu tərk edərkən onların dəstəyini hiss etdiniz? Hansısa sizi təəccübləndirdi?
- Xeyr, çünki hamısı məni yaxşı tanıyır. Gedişim mənim kimi, onları da məyus etdi. Buna baxmayaraq, hamısı mənim yanımdaydılar, dəstək də oldular".
Alpər